Yapon futbolçunu stadiondan çıxardılar
Kubokun dörddə bir cavab oyununda maraqlı anlar
Azərbaycan kuboku uğrunda dörddə bir cavab oyunu bu gün Yevlaxda keçirilir.
Mia.az xəbər verir ki, "Kəpəz" "Turan -Tovuz"u qəbul edir. Oyunun ilk hissəsində, 13-cü dəqiqədə qonaqlar ilk qolu vurub. İkinci hissənin 51-ci dəqiqəsində qonaqlar daha bir qol ilə hesabı artırıb - 0:2.
Qolların müəllifi Enrike Silva və Hayderson Hurtado olub.
Oyunun 80-ci dəqiqəsində "Kəpəz"in 10 nömrəli oyunçusu Ryonosuke Ohori zədələnərək meydanı tərk edib. Əslən yapon olan R.Ohorinin oyundan çıxarılması maraqlı görüntü yaradıb.
Həmin anları aşağıdakı videoda oxuculara təqdim edirik.
Oyun bu hesabla başa çatıb.
Beləliklə, "Turan-Tovuz" bundan əvvəlki dörddə bir cavab oyunlarında qələbə qazanan "Qarabağ" və "Zirə"dən sonra yarımfinala çıxan üçüncü komanda oldu.
Zülfiyyə Mustafayeva
Mia.az
Yevlax