Ötən gecə Ziraat Türkiyə Kuboku C Qrupunun final matçında "Beşiktaş" "Çaykur Rizespor"u 4-1 hesabı ilə məğlub edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyundan sonra "Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın jurnalistlərə açıqlama verib.
O bildirib ki, liqada əlverişli pillədə olmadıqlarından indi əsas hədəf kubok oyunudur: "Türkiyə Kuboku ilk hədəfimizdir. Bu, bizim üçün dəyərlidir, Avropaya getməyin ən asan yoludur. Biz buna diqqət yetiririk".
Fərid ASLAN
MİA.AZ