İsrail ordusu Livanın paytaxtı Beyrutun cənubunda Hizbulllah qruplaşmasının qalası sayılan Dahiye rayonunu bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail Ordusunun sözçüsü Aviçay Adraee açıqlama verib.

O, daha sonra Beyrutun cənubundakı dörd böyük məhəllənin xəritəsini yayaraq, mülki əhalidən dərhal təxliyə olunmaların istəyib: "İndi həyatınızı xilas edin və işarələnmiş ərazilərdəki evlərinizi dərhal tərk edin!"

Məlumata görə, o, daha sonra əhalinin İsrail sərhədinə - cənuba doğru getməməyi tələb edib: "Cənuba getmək qadağandır. Cənuba doğru hər hansı bir hərəkət həyatınızı təhlükəyə ata bilər"

Tahir Şəlvəli

MİA.AZ