İsrail ötən gecə Livanda bir neçə binanı bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə ümiumilikdə 10 nəfər ölüb, 14 nəfər yaralanıb.
Livanın NNA rəsmi xəbər agentliyinin məlumatına görə, İsrail hərbi təyyarələri Baalbekdə dördmərtəbəli binanı bombalayıb: "İlkin məlumatlara görə, El-Metrebe məhəlləsində bombalanan binada 4 nəfər ölüb, 6 nəfər yaralanıb. Dağıntılar altında qalanların tapılması üçün xilasetmə işləri davam edir. Bununla yanaşı, paytaxt Beyrutun cənubundakı Aramun rayonunda və es-Sadiyat ərazisində iki bina da vurulub. Burada isə 6 nəfər ölüb, 8 nəfər yaralanıb".
NNA xəbər verir ki, İsrail ordusu paytaxt Beyrutun şərqindəki Hazmiyə ərazisindəki bir otelə hava hücumu edib: "Buradakı itkilər hələ dəqiqləşdirilməyib".
Xatırladaq ki, İsrailin martın 2-dən Livana hücumundan bəri 200-dən çox insan öldürülüb.
Tahir Şəlvəli
MİA.AZ