İranın dəstəklədiyi Livandakı "Hizbullah" qruplaşması ötən gecə  İsrailə hücum edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə qruplaşma məlumat yayıb.

Bildirilib ki, Livan sərhədinə yaxın ərazilərdəki İsrail hərbi bölmələri, eləcə də Hayfa şəhərindəki hərbi baza raketlərlə atəşə tutulub.

Açıqlamada itkilər haqda informasiya verilməyib.

İsrail faktı təsdiqləyib və bildirilib ki, Livandan atılan raketlərin əksəriyyəti havada zərərsizləşdirilib: "Lakin onlardan biri şimal bölgəsinə düşüb, itki yoxdur"

Tahir Şəlvəli

MİA.AZ