"İran qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşır. Biz hesab edirik ki, regional sülh yalnız region ölkələri təmin etməlidir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeshkian bildirib.
Onun sözlərinə görə, İran bütün qonşu ölkələrə hörmətlə yanaşır: "Dost və qonşu ölkələrimizin hörmətli liderləri, sizin köməyinizlə və diplomatiya yolu ilə müharibədən yayınmağa çalışdıq, lakin Amerika-sionist hərbi hücumu bizi özümüzü müdafiə etməkdən başqa çarəsiz qoydu. Biz sizin suverenliyinizə hörmətlə yanaşırıq və inanırıq ki, regional sülh region ölkələri tərəfindən təmin edilməlidir..."
Samir MUSAYEV
MİA.AZ