"Təhdidlərə haradan gəlməsindən asılı olmayaraq cavab veriləcək". 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, İrandan atılan İraq və Suriyadan keçdikdən sonra Türkiyə hava məkanına doğru yönlənən ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə elementləri tərəfindən məhv edilib:

"Hatayın Dörtyol rayonuna düşən raket parçasının havada təhlükəni ələ keçirən hava müdafiə raketinə aid olduğu müəyyən edilib. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb".

Türkiyənin regional sabitliyə və sülhə sadiqliyini vurğulayan nazirlik ölkənin və vətəndaşlarının təhlükəsizliyini təmin etmək iradəsi və qabiliyyətinin ən yüksək səviyyədə olduğu bəyan edib: "Kimdən və haradan gəlməsindən asılı olmayaraq, torpaqlarımızın və vətəndaşlarımızın təhlükəsizliyini təmin etməyə qadirik. hava məkanımızı müdafiə etmək üçün bütün addımlar qətiyyətlə və tərəddüd etmədən atılacaq. Xatırladırıq ki, ölkəmizə qarşı hər hansı bir düşmən münasibətə cavab vermək hüququmuzu özümüzdə saxlayırıq".

Firudin Səfərli

MİA.AZ