Türkiyə Xarici işlər naziri Hakan Fidan Türkiyəyə atılan ballistik raketdən sonra İranın xarici işlər naziri Abbas Arakçi ilə telefon danışığı aparıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  nazir Fidan İrandan atılan və Hataya yaxın bölgədə zərərsizləşdirilən ballistik raketlə bağlı qonşu ölkəyə "tədbirli olun" xəbərdarlığını edib.

Türkiyə XİN başçısı bölgədəki gərginliyə diqqət çəkərək, münaqişələrin yayılmasına səbəb ola biləcək hər hansı bir addımın atılmamalı olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

Xatırladaq ki,  İrandan atılan raekt Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə elementləri tərəfindən məhv edilib. Hadisə nəticəsində ölən və ya yaralanan yoxdur.

Firudin Səfərli

MİA.AZ