"Məqsədimiz İranın nüvə ballistik raket proqramlarına zərbə vurmaq idi. Onların müttəfiqlərimizi hədəf almasının qarşısını aldıq. İranın müharibə gücünü nümayiş etdirməsinə mane oluruq. İranın ballistik raket buraxılış nisbəti ilk gündən bəri 85 faiz azalıb. Kamikaze dronları isə 73 faiz azalıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ müdafiə naziri Pit Heqset Silahlı Qüvvələrinin Birgə Qərargah Rəisləri Komitəsinin sədri Den Keynlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, çox sürətli əməliyyatla İranı iflic vıziyyətə salıblar: "Biz bu savaşda tam üstün durumdayıq. Bölgəyə əlavə güc də toplayırıq. ABŞ İrandakı müharibədə qalib gəlir. Quru yolla İrana girmək və irəliləmək variantı da var. Tezliklə İran hava məkanına tam nəzarəti ələ keçirəcəyik. Hücum dalğası daha da güclənəcək, biz hələ yeni başlayırıq. Daha çox və sərt hücum dalğaları olacaq. Diqqət edin, İranin ali ini Şurasının Ekspertlər Şurası bir otaqda görüşməyə və özlərinə yeni rəhbər seçməyə belə cəsarəti yoxdur. Onlar hətta generallarla ünsiyyət qura bilmirlər. İran hava qüvvələri demək olar məhv olunub. Onların dəniz qüvvələri körfəzin dibinə batıb. ABŞ Hind okeanında bu gün daha bir İran hərbi gəmisini torpedo ilə batırdı. Biz İranın nüvə silahlarına gedən yolunu bağlayırıq. Trampın mesajı və tələbini dinləmək çox vacibdir. Biz burada olduğumuz müddətcə İran nüvə silahına sahib ola bilməyəcək. Kimsənin bizim hücumlarımızı dayandırması mümkün deyil"

Nazir bu gün Türkiyə səmasında düşürülən İran raketinin NATO-nun savaşa qatılma imkanı yaratmadğını da deyib: "Türkiyəyə düşən raket NATO-nun 5-ci maddəsini - kollektiv müdafiə və hücumu işə salmayacaq"

Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn isə çıxışında deyib ki, savaçda əsas məqsədimiz İranın ballistik raket proqramlarına zərbə vurmaq olub: "Onların müttəfiqlərimizi hədəf almasının qarşısını aldıq. İranın müharibə gücünü nümayiş etdirməsinə mane oluruq. İranın ballistik raket və digər sursat ehtiyatı sürətlə azalıb. İndi İranın daxili ərazilərinə genişlənməyə başlayacağıq. Əməliyyatımız üçün kifayət qədər sursatımız var. Əməliyyat çox mürəkkəbdir və təhlükə hələ bitməyib, risk hələ də çox yüksəkdir. lakin açıq demk lazımdır ki, artıq İran komandanlıq strukturu çox pis vəziyyətdə - dağınıq hala düşüb. İrəliləyən günlərdə də İranın daha çətin günləri olacaq...".

Nazir və Qərargah rəisi məqsədə tam nail olanaa qədər əməliyyatın davam edəcəyini bəyan ediblər.

Samir MUSAYEV

MİA.AZ