Gələcəkdə TələbəPlus kartı vasitəsilə tələbələrə ictimai nəqliyyatda 10 faiz endirim nəzərdə tutulur.

Mia.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq 160 minə yaxın tələbə bu kartdan istifadə edir.

Nazir müavini hazırda müəllimlərin güzəşt imtiyazından yararlandığını da söyləyib(report).