"Düşmən qarşıdakı günlərdə müharibəni dayandırmağa məcbur olacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gözlənilməz bəyanatı İran Müdafiə Nazirliyinin sözçüsü Rza Talaei Nik dövlət televiziyasına müsahibəsində deyib.

Talaei Nik bildirib ki, ABŞ və İsrail əvvəlcə Əli Xameneini öldürməklə İrandakı siyasi sistemi və komandanlıq strukturunu çökdürəcəklərini düşünüb: "Lakin bu, strateji səhv və hesablama idi. Hər bir komandirə təlim keçmiş ehtiyat komandirlər təyin edilib. Düşmən aldığı və alacağı ağır zərbələrdən sonra qarşıdakı günlərdə müharibəni dayandırmağa məcbur olacaq".

Nazirlik rəsmisinin sözlərinə görə, ordu indi daha çevik və hər şeyə hazır vəziyyətdədir. O,  qonşu və müsəlman ölkələrinə qarşı həmişə hörmətlə yanaşdıqların da sözlərinə əlavə edib: "Lakin hər hansı bir ölkədəki bazalardan İrana qarşı istifadə edilərsə, bu, əlbəttə ki, təhdid mənbəyi sayılacaq və hədəfimiz olacaq"

Tahir Şəlvəli

MİA.AZ