ABŞ və İsrailin İrana hücumları intensivləşib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu günə qədər ABŞ və İsrail İranda 2000-dən hədəfin vurulduğunu və 17 İran gəmisinin batırıldığını açıqlayıb.

Məlumata görə, hücum davam edir, hətta bu gün səhərə yaxın Tehran başda olmaqla bir çox şəhərlər yenidən vurulmağa başıayıb.

ABŞ ordusu İranın bu hücuma indiyədək 500-dən çox ballistik raket və 2000-dən çox dronla cavab verdiyini iddia edib.

İranın Tasnim Xəbər Agentliyi isə hücumlara İranın cavab verdiyini rəsmi mənbələrə istinadla yazıb.

Bildirilib ki, dünən ABŞ-a məxsus daha bir F-15 qırıcı təyyarəsi hava hücumundan müdafiə sistemi tərəfindən düşürülüb.

İran İnqilab Keşikçiləri isə Hind okeanında yanacaq dolduran ABŞ esminesinin raketlərlə vurulduğunu açıqlayıb. Həmçinin İsrailin paytaxtı Tel-Əvivə raketlərin atıldığı qeyd olunub.

Bununla yanaşı, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İraqın Ərbil şəhərindəki ABŞ  konsulluğunun binası və hava limanı, həmçinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı ABŞ səfirliyinə də OUA və raket hücumları olub.

"Washington Post" isə yazır ki, Mərkəzi Kəşfiyyat İdarəsinin İsraildəki ofisinə də ərbə endirilib.

Tahir Şəlvəli

MİA.AZ