Britaniya vətəndaşlarını Yaxın Şərq ölkələrindən təxliyəsinə başlayır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper açıqlayıb.
O, bu məsələdə Omanın yardımından yararlanacaqlarını bildirb: "Biz indiyə qədər İranın hədəf aldığı Yaxın Şərq ölkələrində təxminən 130 min britaniyalıdan çağırış almışıq. Təəssüf ki, vətəndaşlarımızın olduğu ölkələrin şoxunda hava məkanı bağlıdır. Mən regiondakı həmkarlarımla əlaqə saxlayıram. Dünən BƏƏ xarici işlər naziri ilə görüşümüzdə böyük dəstək aldıq. Onlar da bizə təxliyə uçuşlarında dəstək verəcəklər. Təbii ki, vətəndaşlarımızın Omana gəlişinə çalışırıq. Və oradan onları çıxaracağıq".
Firudin Səfərli
MİA.AZ