"ABŞ-ın bölgədə yerləşdirilən ikinci THAAD hava müdafiə sistemini də məhv etdik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumat İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) yayıb.
Bildirilib ki, Qərbi Asiya bölgəsindəki ikinci ABŞ THAAD raket müdafiə sistemi İran İnqilab Keşikçiləri Korpusunun dəqiq idarə olunan raketləri tərəfindən vurularaq əməliyyat orbitindən çıxarılıb: "Bununla da bölgəyə daha rahat təsir imkanımızı genişlədirik".
Xatırladaq ki, İran ordusu bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərindəki "Ər-Ruveys bazasında" İsrail raket müdafiə şəbəkəsinə qoşulmuş "THAAD" radarını məhv etdiyini açıqlamışdı.
Firudin Səfərli
MİA.AZ