ABŞ hərbçiləri Pakistanda etirazçıları atəşə tutub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Reuters xəbər agentliyi məlumat yayıb.
Qeyd edilib ki, ABŞ dəniz piyadalarının həftəsonu Karaçidəki ABŞ konsulluğuna basqın zamanı pakistanlı etirazçılara atəş açıb.
Rəsmilər Agentliyə bildiriblər ki, dəniz piyadalarının atəş açması nəticəsində ölən və ya yaralanan olub-olmadığı hələlik məlum deyil. Onlar həmçinin qeyd ediblər ki, ərazini qorumağa mükəlləf olan özəl təhlükəsizlik işçilərinin və ya yerli polisin də nümayişçilərə atəş açıb-açmadığı dəqiq məlum deyil.
Xatırladaq ki, İraa hücuma və İran dini liderinin ölümünə etiraz edən pakistanlılar konsulluq ərazisinin divarını aşaraq diplomatik korpusa giriblər. Bu zaman onlara atəş açılıb və nəticədə ən azı 10 nəfər ölüb.
Karaiçi yerli hökumətinin sözçüsü Sukhdev Assardas Hemnani öldürülən nümayişçilərinin güllə yarası ilə öldüyünü təsdiqləyib: "Lakin onları kimin vurduğu hələlik bəlli deyil".
Onu da qeyd edək ki, ABŞ bu hadisədən sonra Pakistandakı bütün viza ları dayandırıb.
Lamiyə
MİA.AZ