İranın müvəqqəti dini lideri postunu icra edən Ayətullah Əli Rza Ərəfi xalqa ilk mesajını verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, yeni lider seçilənə qədər ölkənin idarəetməsini əlinə alan Müvəqqəti Liderlik Şurasının Ekspertlər Məclisi tərəfindən yeni lider təyin olunana qədər müntəzəm iclaslar keçiriəcəyini bildirib.

Ərəfi ABŞ-İsrail ittifaqının ölkəsinə hücumunu "səhv hesablama" adlandırıb: "Hörmətli silahlı qüvvələrimizə və böyük İran millətinə əminlik verirəm ki, ölkənin bütün qüvvələri sizin xidmətinizdədir".

Tahir Şəlvəli

MİA.AZ