UEFA "Benfika"nın futbolçusu Canluka Prestianni UEfA tərəfindən cəzalandırılıb.

Mia.az xarici mətbuata isinadla xəbər verir ki, buna səbəb Canluka Prestianninin Çempionlar Liqasının 1/8 finalının ilk oyununda "Real Madrid"in braziliyalı hücumçusu Vinisius Juniora qarşı irqçi davranışı olub.

Məlumata görə, bu səbəbdən ona bir matçılıq cəza verilib.

Bununla da argentinalı oyunçu 25 fevralda keçiriləcək "Real Madrid"ə qarşı cavab matçında oynaya bilməyəcək.

Fərid ASLAN

MİA.AZ