Çempionlar Liqasının 1/8 finalının pley-off mərhələsinin cavab oyununda "Yuventus"la qarşılaşacaq "Qalatasaray"ın Baş məşqçi Okan Buruk start heyətini müəyyənləşdirməyə çalışır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ilk oyunda "Yuventus"u 5-2 hesabı ilə məğlub edən İstanbul klubunun qapısını  Uğurcan Çakır qoruyacaq:

"Saşa Boey müdafiənin sağ cinahında, İsmayıl Yakobs isə sol cinahda oynayacaq. Müdafiənin mərkəzində Davinson Sançez və Abdülkərim Bardakçı yer alacaq. Yarımmüdafiə xəttində Yunus Akgünün Lukas Torreira - Mario Lemina duetinin qarşısında oynayacağı gözlənilir. Hücumun sağ cinahında Leroy Sane, sol cinahında isə Barış Alper Yılmaz, mərkəzdə Viktor Osimhen çıxış edəcək"

Fərid ASLAN

MİA.AZ