""Beşiktaş nə qədər güclü olsa da, bu matçı qazanmaq və ya ən azı bir xal əldə etmək üçün meydana çıxacağıq".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kocaelispor baş məşqçisi Selçuk İnan Super Liqasının 24-cü turu çərçivəsində fevralın 28-də doğma meydanlarında "Beşiktaş"la qarşılaşmadan danışarkən deyib.

Selçuk İnan bildirib ki, komandası da, rəqib də son zamanlar yaxşı formadadır: "Çox yaxşı formada olan bir komandaya qarşı doğma meydanda oynayacağıq. Bizim kimi komandaların mövsüm boyu bu qədər yüksək tempdə qalması asan deyil. Amma oyunçularımız bunu indiyə qədər meydanda göstəriblər. Düşünürəm ki, "Beşiktaş" matçı bizim üçün də belə matçlardan biri olmalıdır. Əvvəlki ev oyunlarımızdakı kimi qətiyyətli olmalıyıq. "Beşiktaş" nə qədər güclü olsa da, bu matçda qalib gəlmək və ya ən azı bir xal qazanmaq üçün meydana çıxacağıq."

Fərid ASLAN

MİA.AZ