Türkiyə 1-ci Liqasının 27-ci turuda "Sakaryaspor" "Sivasspor"la qarşılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, matçda meydanda olan ölkə yığmasının sabiq üzvü, 38 yaşlı Caner Erkin qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Məlumata görə, bu kartla o, 12 matçda 4-cü qırmızı vərəqə almaqla rekord yeniləyib: "Caner bu mövsüm "Bandırmaspor", "Pendikspor", "Ümraniyespor" və "Sivasspor" matçlarında qırmızı vərəqə alan təcrübəli futbolçu bu cür oyun tərziylə komandası "Sakaryaspor"u çox çətin vəziyyətlərə qoyub".

Xatırladaq ki, oyun "Sivasspor"in 3-1 hersablı qələbəsiyə bitib.

Fərid ASLAN

MİA.AZ