İngiltərə Premyer Liqasının 28-ci turunda "Arsenal" səfərdə "Tottenham"la qarşılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Arsenal" ev sahibi komandanı 4-1 hesabı ilə məğlub edib.

"Arsenal"ın qollarını Ebereçi Eze (2) və Viktor Qyökeresin (2) vurub. 

"Tottenham"ın yeganə qolunu isə Kolo Muani vurub.

"Arsenal" bu qələbə ilə xalını 61-ə çatdıraraq liderliyini qoruyub.

"Tottenham"ın isə 29 xalı var.

Fərid ASLAN

MİA.AZ