İngiltərə Premyer Liqasının 27-ci turunda "Liverpul" UEFA Avropa Liqasında "Fənərbağça"nın rəqibi "Nottinqem Forest"lə üz-üzə gəlib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Liverpul" "Nottinqem Forest"i 90+7-ci dəqiqədə vurulan qolla 1-0 hesabı ilə məğlub edib.
Qələbə qolunu Alexis Mac Allister atıb.
Bununla da ardıcıl ikinci matçını qazanan "Liverpul" xalını 45-ə çatdırıb. 4 matçda qalib gəlməyən "Nottinqem" isə 27 xalda qalıb.
Yeri gəlmişkən, ilk oyunda "Fənərbağça"ya 3-0 hesabı ilə qalib gələn "Nottinqem Forest" fevralın 26-da İstabul komandasını evində qəbul edəcək.
Fərid ASLAN
MİA.AZ