Türkiyə Super Liqasının 23-cü turunda "Qaziantep FK"nı səfərdə 3-2 hesabı ilə məğlub edən "Trabzonspor"un baş məşqçisi Fatih Tekke oyundna sonra açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, komandasının doğru yolda olduğunu deyib: "Komandamızla oyundan-oyuna irəliləyirik. Lider "Qalatasaray"la aramızda 7 xal fərqi var".
Baş məşqçi bütün oyunlarda qalib gəlmək üçün meydana çıxacaqlarına və lider "Qalatasaray"a sonadak "qovalayacaqları"nı bildirib.
Fərid ASLAN
MİA.AZ