Türkiyənin XİN başçısı bu gün Vaşinqtonda keçirilən Qəzza Sülh Şurasının iclasında Donald Trampa ünvanlı açıq mesajlar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Türkiyənin təsisçilərindən biri olduğu Qəzza Sülh Şurasının ilk iclasında Qəzzaya hərbçilər göndərməyə hazır olduqlarını bəyan edib: "Biz  səhiyyə və təhsil sektorlarının yenidən qurulmasına və polis qüvvələrinin təliminə ciddi töhfələr verə bilərik. Bundan əlavə, Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin tərkibində təhllükəsizliyə xidmət məqsədiylə Qəzzaya qoşun da göndərməyə hazırıq."

Samir MUSAYEV

MİA.AZ