Ötən gün Rifah Partiyasının lideri Fatih Ərbakanın "Əgər Ankara bələdiyyəsinin sədri Mənsur Yavaş prezidentliyə ortaq namizəd olarsa, onu dəstəkləyəcəyik" bəyanatından sonra bu gün Türkiyənin siyasi düşərgəsində maraqlı proseslərə start verilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərbakan bu açıqlamanın ardınca "Əgər İYİ Partiyası da bizə qatılarsa, çox güclü ittifaqla seçkiyə gedə bilərik" sözlərindən sonra bu gün Mənsur Yavaş gözlənilmədən İyi Partiyanın lideri Müsavat Dərvişoğlunu ziyarət edib.
Məlumata görə, tərəflər qaöalı müzakirə aparıblar.
Yavaş görüşdən sonra seçki və ya vahid namizədlə bağlı sualdan yayınıb: "Mənim bir iddiam var: Ankara! Biz heab edirik ki, bu ölkə korrupsiya olmadan şəffaf şəkildə idarə oluna bilər. Biz buna əminik. Ankaranı idarə edərkən bu, bizim şərəf məsələmizdir. Bir haram tikə boğazımdan keçməyib, keçə də bilməz"
Firudin Səfərli
MİA.AZ