İngiltərədə Kral III Çarlzın qardaşı Şahzadə Endryu Mauntbatten-Vindzor həbsdə sirli .əkildə ölən amerikalı milyarder "Epşteynin işi" üzrə saxlanılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, adı "Epşteynin işi" üzrə yayılan istintaq sənədlərində hallanmasına baxmayaraq, ittihamları rədd edən Şahzadə Endryu hazırda Norfolkda həbsdə saxlanılır.
Məlumatla bağlı polis rəsmiləri açıqlama evrməkdən imtina ediblər: "İstintaqın məxfiliyi qorunmalıdır"
Məlumatda deyilir ki, saxlanmadan sonra polis bir çox ünvanlarda axtarışlar aparıb.
Xatırladaq ki, istintaq sənədlərində keçən il intihar edən Virciniya Cuffrenin 17 yaşında ikən Epşteyn və onun sevgilisi Ghislaine Maksvell tərəfindən Şahzadə Endryu ilə cinsi əlaqəyə məcbur edildiyi iddia olunur.
Samir MUSAYEV
MİA.AZ



