18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Belarusun paytaxtı Minskdə keçiriləcək Beynəlxalq İnkişaf Turniri üçün yekun heyəti müəyyənləşib.
Mia.azxəbər verir ki, yığmada 21 oyunçu yer alıb.
Turnirdə 8 komanda 2 qrupda yarışacaq. Azərbaycan millisi B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq. Komanda fevralın 19-da Rusiya, 20-də Özbəkistan, 21-də Belarusla üz-üzə gələcək.
Fevralın 23-də həlledici oyunlar keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.
| Nr. | Adı / Soyadı | Klub |
| 1 | Nurəziz Əzizov | Neftçi |
| 2 | Bilal Hacıyev | Qarabağ |
| 3 | Uğur Qurbanlı | Qarabağ |
| 4 | Rəşad Gülüşov | Sabah |
| 5 | Atacan Məmmədov | Marcet (İspaniya) |
| 6 | Səttar Tahirzadə | Marcet (İspaniya) |
| 7 | Muhamməd Çodarov | Marcet (İspaniya) |
| 8 | İsmayıl Səfərli | Neftçi |
| 9 | Amin Rzayev | Qarabağ |
| 10 | Sahib Xəlilli | Neftçi |
| 11 | Eldar Abbasov | Qarabağ |
| 12 | Raul İsaqov | Kəpəz |
| 13 | Nihad Hüseynzadə | Sabah |
| 14 | Musa Mustafayev | Zirə |
| 15 | İbrahim Xəlilov | Sabah |
| 16 | Samir Şərifov | Sabah |
| 17 | Pünhan Kərimov | Marcet (İspaniya) |
| 18 | Emin Süleymanov | Neftçi |
| 19 | Əli Bəşirov | Qarabağ |
| 20 | Kamal Zülfiyev | Sumqayıt |
| 21 | Nicat Kərimov | Sabah |