UEFA Çempionlar Liqasının 1/8 finalının pley-off mərhələsinin ilk oyununda bu gün saat 21.45-də "Qalatasaray"la "Yuventus" qarşılaşacaq

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, RAMS Parkda keçiriləcək oyunu Hollandiya Futbol Federasiyasından  hakim Denni Makkelie idarə edəcək.

Oyun TRT 1-də canlı yayımlanacaq.

Komandalarınstat heyəti isə belədir: 

"Qalatasaray": Uğurcan, Sallai, Sançes, Abdülkerim, Yakobs, Torreira, Sara, Yunus, Barış Alper, Noa Lanq, Osimhen.

"Yuventus": Di Gregorio, Bremer, Kelly, Cambiaso, Kalulu, Locatelli, Koopmeiners, Conceiçao, Kenan, Thuram, McKennie

Fərid

MİA.AZ