UEFA Avropa Liqasının 1/8 final pley-off matçının ilk oyunu çərçivəsində Fənərbağça"nın İngiltərənin "Nottingem Forest" komandasına qarşı oyunun baş hakimi təyin olunub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, isveçrəli hakim Sandro Şarer 19 fevralda matçı idarə edəcək.
Məlumata görə, Şarerə İsveçrə Futbol Federasiyasından Stefan De Almeyda və Jonas Erni kömək edəcək. Oyunun dördüncü hakimi Anojen Kanagasinqam təyin edilib.
Fərid ASLAN
MİA.AZ