Yaxın Şərqdə gərginliyin davam etdiyi bir ərəfədə İsrail ABŞ-dan aldığı F-35İ qırıcı təyyarələrinin modifikasiyasını həyata keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yanacaq çənləri və raket tutumu əlavə etməklə F-35I qırıcı təyyarələrinin uçuş məsafəsini və əməliyyat gücü artırılıb.
İsrailin ABŞ-dakı səfiri Yechiel Leiter bu faktı təsdiqləyib: "Ölkəmizin regional gərginlik və İranla davam edən danışıqlar fonunda F-35I qırıcı təyyarələrinin uçuş məsafəsini və sursat yükünü genişləndirməsi ümhim addım oldu. Artıq reaktiv təyyarələrə əlavə yanacaq çənləri quraşdırılıb, qanadlara dörd artıq raket əlavə edilib. Bu təyyarənin döyüç imkanlarını artırıb".
Samir Musayev
MİA.AZ
