Bu gün Cenevrədə ABŞ və İran nümayəndələri arasında danışıqların ikinci mərhələsi başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Omanın vasitəçiliyi ilə başlayan danışıqlarda İran nümayəndə heyətini xarici işlər naziri Abbas Araqçi, ABŞ tərəfini isə Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff təmsil edir.

Onu da qeyd edək ki, Trampın müşaviri Cared Kuşner də ABŞ nümayəndə heyətinin üzvüdür.

Danışıqlar Omanın xarici işlər naziri Bədr bin Həmid əl-Busaidi tərəfindən əlaqələndirilir.

İran Xarici İşlər Nazirliyi bildirib ki, danışıqların bu mərhələsində İranın danışıqlar qrupuna texniki, hüquqi və iqtisadi ekspertlər daxildir və İran iqtisadi sanksiyaların qaldırılmasına diqqət yetirir.

Danışıqların başlamasından saatlar ötməmiş isə İranın dini lideri Xamenei ABŞ-a çox sərt dillə barmaq silkələyib.

Xamenei Hörmüz boğazına yerləşən ABŞ hərbi gəmisinin batırmaqla təhdid edib və Trampa "bizi devirməyi bacara bilməyəcəksən", - deyə açıq mesajı verib: “Amerikalılar tez-tez  İrana doğru hərbi gəmi göndərdiklərini deyir. Əlbəttə, bu  gəmi təhlükəlidir, ancaq həmin gəmidən daha təhlükəli olan onu dənizin dibinə göndərəcəyimiz silahdır. Son çıxışlarından birində ABŞ Prezidenti ölkəsinin  47 ildir İslam Respublikasını məhv edə bilmədiyini söylədi. Sizə buradan açıq deyirəm: Siz də bacara bilməyəsəksiniz!".

Tahir Şəlvəli

MİA.AZ