ABŞ ordusu Şərqi Sakit Okean və Karib dənizində gözlənilməz əməliyyata imza atıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, prezident Donald Trampın əmriylə ABŞ ordusu narkotik qaçaqmalçılara məxsus olduğu deyilən üç böyük qayığa zərbə endirib.
Məlumata görə, nəticdə ümumilikdə 11 nəfər həyatıyla vidalaşıb.
ABŞ Cənub Komandanlığının (SOUTHCOM) açıqlamasına əsasən, hücum general Francis L. Donovanın əmri ilə həyata keçriiilib: "İçərisində 8 nəfərin olduğu iki qayıq Şərqi Sakit Okeanda, 3 nəfərin olduğu qayıq isə Karib dənizində vurulub"
Samir Musayev
MİA.AZ