"ABŞ-la fundamental prinsiplər üzrə razılığa gəldik. Hər iki tərəf potensial razılaşma sənədləri üzərində işləyəcək və onları bir-biri ilə paylaşacaq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Abbas Araqçı Cenevrədəki bugünki görüşdən sonra ilk açıqlamasında deyib.
Onun sözlərinə görə, Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında nüvə danışıqları üzrə aparılan müzakirə müsbət atmosferlə bitib.
Arakçi əlavə edib ki, bu, yekun anlaşma deyil, lakin özlüyündə irəliyə doğru çox böyük razılaşmadır.
Tahir Şəlvəli
MİA.AZ