Fövqəladə Hallar Nazirliyində kadr islahatları gedir.

Mia.az  NOCOMMENT.az-a istinadən xəbər verir ki, Kadr Siyasəti Baş İdarəsinin rəisi general-mayor Şirinova Sevda Azər qızı da işdən azad olunur.

Bununla bağlı nazir Kəmaləddin Heydərovun əmir imzalayacağı bildirilib.

Qeyd edək ki, 13 dekabr 2010-cu il tarixli Prezident sərəncamı ilə Sevda Şirinovaya general-mayor rütbəsi verilib və bununla da o, Azərbaycan dövlət idarəçiliyində general rütbəsi alan qadın kimi tarixə düşüb.