Bu gün Xocalı şəhəri, Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç olub.
Mia.az xəbər veirr ki, ümumilikdə 60 ailədən ibarət növbəti köç karvanları yola salınıb.
Bu mərhələdə Xocalı şəhərinə 30 (149 nəfər), Hadrut qəsəbəsinə 10 (47 nəfər), Qırmızı Bazar qəsəbəsinə isə 20 ailənin (91 nəfər) qayıdışı təmin olunub.