ABŞ-ın İrana hücumu halında Əfqanıstan sakit durmayacaq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Əfqanistandakı "Taliban" rejiminin sözçüsü Zəbihullah Mücahid deyib.
O, ABŞ-ın Əfqanıstandan çıxmasından sonra regional ölkələrlə münasibətlərini gücləndirmək üçün addımlar atdığını deyib.
İran radiosunun Puştu xidmətinə verdiyi müsahibədə Mücahid bildirib ki, ABŞpın İrana hücum ehtimalını da diqqətlə izləyirlər: "Əgər belə bir hücum baş verərsə və İran bizdən kömək istərsə, Kabil hökuməti İslam Respublikasına hər cür dsətk verəcək".
Tahir Şəlvəli
MİA.AZ