Xəbər verdiyimiz kimi, bu gün Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad olunub və onun səlahiyyətləri müavini Anar İsrafilova həvalə edilib.

O, yeni təyinatı ilə bağlı qısa açıqlama verib:

"Hələki yeni təyin olunmuşam.  Yəqin ki, TƏBİB-də kadr dəyişiklikləri və yeniliklər olacaq. Hələki bu barədə nəsə deyə bilmirəm".

Qeyd edək ki, Anar israfilov 2006-2022-ci illər ərzində Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Səhiyyə nazirinin köməkçisi, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 2022-ci ildən TƏBİB-in icraçı direktorunun müavini vəzifəsində çalışır./Manşet.az

Maraqlıdır, Anar İsrafilov hansı akdrları yarıtmaz sayır?Əgər belə kadrlar oousa, niyə indiyə qədər susub?

Mia.az-ın bu istinqamətdfə araşdırması olacaq.

MİA.AZ