Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının sədri, Milli Məclis sədrinin keçmiş birinci müavini Arif Rəhimzadə dövlətə xəyanət etməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən haqqında faktlar üzə çıxarılan Prezident Adiministrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin hələ də YAP-dən çıxarılmaması barədə müzakirələrə münasibət bildirib.
Mia.az-ın məlumatına görə, A.Rəhimzadə Pravda.az-a açıqlamasında deyib ki, məsələyə baxılacaq.
“Bütün yoxlamalar tamamlanandan sonra Ramiz Mehdiyev YAP-dən çıxarılması ilə bağlı məsələyə baxılacaq. Bilmək lazımdır ki, hansı həddə kimi bu qudurub”, - A.Rəhimzadə bildirib.