“Yaşla əlaqədar olaraq təqaüdə çıxmışam”.

Mia.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında fövqəladə hallar nazirinin vəzifəsindən azad olunan müavini, general-leytenant Etibar Mirzəyev deyib.

O bildirib ki, 20 ildir sözügedən vəzifədə çalışıb: “Buna görə cənab Prezidentə böyük minnətdarlığımı bildirirəm. Bundan sonra dövlət başçısının daxili və xarici siyasətini dəstəkləyir və ömrümün sonuna qədər onun əsgəriyəm”.