"Köhnə qlobal nizam çöküb. Biz ABŞ-la birgə yenidən yeni nizam uğrunda işə başlamalıyıq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Fridrix Merz Münhen Təhlükəsizlik Konfransında etdiyi çıxışda deyib.
O bildirib ki, Avropa bu istiqamətdə yeni tərəfdaşlığa yönəlməlidir: "Türkiyə, Kanada, Yaponiya, Hindistan, Braziliya və Cənubi Afrika bunda əsas rol oynayacaq".
Avropanın dünyada dəyişən güc balansında özünü güclənmiş səviyyəyə çatdırmalıdır: "Bu yeni dövrdə biz avropalılar olaraq tədbirlərimizi görürük. Bu prosesdə Vaşinqton administrasiyası ilə zaman-zaman fərqli addımlar da olur. Bu isə təzad yaradır. Bəli, həmAvropa, həm də ABŞ bu yeni reallığı qəbul etməkdir. Biz dünyanı yenidən formalaşdıra bilərik. Şübhəsiz ki, bu dünyada maraqlarımızı və dəyərlərimizi qoruyacağıq. Yeni qapılar açacağıq, yeni imkanları ələ keçirəcəyik"
Kansler ölkəsinin dünya liderliyinə can atmadıöını da dilə gətirib:

"Biz hegemon ambisiyalara yox deyirik. Almanlar olaraq heç vaxt təkbaşına hərəkət etməyəcəyik. Bu, tariximizdən öyrəndiyimiz davamlı bir dərsdir. Avropa İttifaqı (Aİ) tərəfindən güclü, suveren Avropa siyasəti üçün birlikdə addımlar atmaqdayıq. Avropa ilə ABŞ arasında hazırda dərin bir uçurum yaranıb. Lakin qlobal vəzifələri yalnız birlikdə həll edə bilərik. Köhnə qlobal nizam çöküb. Biz ABŞ-la birgə yenidən yeni nizam uğrunda işə başlamalıyıq".
Lamiyə Əhmədli
MİA.AZ