"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın "RAMS Başakşehir"i 3-2 hesabı ilə məğlub etdikləri oyundan soonra jurnalistlərə açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, 90_7=c dəqiqədə vurduqları qolla qalib gəldikləri oyunda futbolçularının sonadək qələbə ruhunu qorumalarını təqdirəlayiq sayıb: "Komandanın əzmkarlığından məmnunam. Yeni oyunçuların komandaya töhfəsi əladır. Düşünürəm ki, koanda irəlidikcə, daha yaxşı olacağıq".
Son həftələrdə vurduğu qollarla diqqət çəkən Orkun Kökçünün performansında da toxunan Yalçın deyib ki, o, təcrübəli oyunçudur: "O, tədricən Türkiyəyə öyrəşməyə başlayır. Avropadakı format çox fərqlidir. Klubun onda böyük gözləntiləri var. Orkun yavaş-yavaş kapitan kimi komandaya sahib çıxmağa başlayıb. Gələcəkdə bu, onun üçün daha yaxşı olacaq".
Fərid ASLAN
Mia.az