Naxçıvan Muxtar Respublikasında (MR) səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib.
Mia.az verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq fərman imzalayıb.
Bundan sonra səhiyyə nazirinin iki müavini olacaq.
Qeyd edək ki, hazırda Naxçıvan MR-in səhiyyə nazirinin bir müavini var. Belə ki, həmin vəzifəyə B.Məmmədovun 1 dekabr 2025-ci il sərəncamı ilə Rəşadət Nabatov təyinat alıb. Səhiyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası da R.Nabatova həvalə edilib(report).