Avropa Liqasında "Fənərbağça"ya rıqib olan İngiltərənin "Nottingem Forest" komandasında matç ərəfəsində ara yenidən qarışıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub bu mövsüm artıq 3-cü Baş məşqçini istefaya yollayıb.
Məlumata görə, "Nottingem Forest" Baş məşqçi Şon Dayç ilə də yollarını ayırıb.
Hazırda Premyer Liqada aşağı pillədə qərarlaşan komanda son turda "Vulverhempton"la 0-0 heç-heçə edib.
Məlumat üçün bildirək ki, "Nottingham Forest" bundan əvvəl Nuno Espirito Santo və Ange Postekoqlunu da istefaya yollayıb.
Xəbərdə o da deyilir ki, klub artıq 4-cü Baş məşqçi ilə anlaşmağa çalışır.
"The Athletic" yazır ki, klub rəhbərliyi "Fənərbağça"nın sabiq baş məşqçisi Vitor Pereyranı komandanın sükanı arxasına keçirmək istəyir: "Portuqaliyalı məşqçi ilə danışıqlar başlayıb".
Fərid ASLAN
MİA.AZ