İsmayıllı rayonunda zəlzələ olub.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3, 2 olan zəlzələ yerli vaxtla saat 17:54-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 18 kilometr olub. Yeraltı təkanlar hiss edilməyib.