Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və bayram günləri ilə bağlı mövcud qaydalara əsasən, mart ayında üç gün ardıcıl qeyri-iş günü olacaq. Belə ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü bu il bazar gününə təsadüf etdiyi üçün, qanunvericiliyin tələbinə uyğun olaraq, 9 mart tarixi də istirahət günü hesab ediləcək.

Mia.az xəbər verir ki, həftəlik iş qrafiki şənbə və bazar günlərinə düşən vətəndaşlar üçün tətil martın 7-dən etibarən başlayacaq.

Beləliklə, martın 7, 8 və 9-u tarixləri qeyri-iş günləri olacaq, rəsmi iş prosesi isə martın 10-dan etibarən bərpa ediləcək.(metbuat.az)