Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun ölkədən çıxışına qoyulan qadağa götürülüb.

Mia.az gununsesi.info-ya istinadla xəbər veirr ki, Saleh Rüstəmov bir neçə gün öncə Azərbaycanı tərk edərək Qazaxıstana yollanıb.

Qeyd edək ki, son aylar Qazaxıstanda yaşayan sabiq icra başçısı bacısı qızının hüzr məclisində iştirak etmək üçün Bakıya gəlsə də, sonradan geri qayıda bilməmişdi.

AXCP sədri Əli Kərimlinin həbsindən sonra DTX tərəfindən saxlanılan Saleh Rüstəmov istintaqa ifadə verdikdən sonra sərbəst buraxılıb.