ABŞ prezidenti Donald Tramp İsrail prezidenti İsaak Herzoqu haqqında koorrupsiya ilə bağlı cinayət işi olan Baş nazir Benyamin Netanyahunu əfv etmədiyinə görə "topa tutub".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, hətta İsaak Herzoqu təhqir etməkdən də çəkinməyib.
Tramp deyib ki, Netanyahu əfv olunmalıdır: "Bu adam (Hersoqu nəzərdə tutur-Mia.az) davam edən işdə onu (Netanyahu) əfv etmədiyinə görə özündən utanmalıdır. Onu əfv etməməsi utancvericidir...."
ABŞ prezidentinin İsrailin dövlət başçısına bu sərt mesajına isə İsaak Herzoqu bir cümlə ilə belə cavab verib: "İsrail qanunun aliliyi ilə idarə olunan hüquqi dövlətdir".
Samir MUSAYEV
MİA.AZ