Prezident Ərdoğan bu gün lideri olduğu AK Partiyanın toplantısında dünən ölkə parlamentində baş verən davaya sərt münasibət bildirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, CHP-li deputatların yeni Ədliyyə nazirinin and içməsinə mane olması və bu zaman AK Partiyalı deputatlala əlbəyaxa dava düşməsini qəbuledilməz sayıb.
Ərdoğan deyib: "Biz bu hadisəylə bir daha CHP-nin faşist və təkəbbürlü düşüncə tərzinin şahidi olduq. Onlar hər cür zorakılığa əl atdılar, hətta parlament kürsüsünü də ələ keçirdilər. Onlar faşist anlayışlarından əl çəkmirlər; onlar Böyük Millət Məclisinin imicinə kölgə salıblar. Parlamenti terror etməyə gəlmisinizmi? Heç utanmırsınızmı?".
Firudin Səfərli
MİA.AZ