Ankara Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Melih Gökçek, oğlu, AK Partiyadan millət vəkili Osman Gökçeklə CHP millət vəkili Mahmut Tanal arasında Türkiyə Böyük Millət Məclisində baş verən yumruqlu davaya maraqlı reaksiya evrib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, CHP-li deputatın suifətini qana bulayan oğlunun fotosonu kollaj edərək, onu boksçu kimi təqdim edib.

Melih Gökçek daha sonra yazıb: "Əgər xalq tərəfindən seçilənlərin iradəsinə qarşı çıxar, bir nazirə hücum etməyə cəhd edərsənsə, millətin oğulları öz nazirlərinə sahib çıxar. Sonunun da belə olar..."

Xatırladaq ki, dünən TBMM-də yeni Daxili işlər nazirinin təyinatına etiraz edən CHP-li deputatlarla iqtidar partiyası deputatları arasında əlbəyaxa dava düşüb.

Firudin Səfərli

MİA.AZ