ABŞ ordusu Suriyada İŞİD terror təşkilatına qarşı ard-arda əməliyyatlar həyata keçirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkzi Komandanlığı - CENTCOM açıqlama yayıb.
Bildirilib ki, son 5 gün içində CENTCOM Suriyada İŞİD-ə qarşı 5 uğurlu əməliyyat keçirib: "Zərbələrlə İŞİD-in rabitə qurğusu, vacib logistika mərkəzi və silah saxlama yerləri də daxil olmaqla, təxminən 50 hədəf obyetki sıradan çıxarılıb".
Açıqllamada İŞİD-lə mübarizəyə sadiqliyik bir daha ifadə olunub.
Tahir Şəlvəli
MİA.AZ